Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 02:26
Rusiya prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel Krım böhranını müzakirə ediblər. Aralarındakı telefon danışığında Putin Rusiyanın mövqeyi haqqında deyib ki, Krım əhalisinin iradəsi beynəlxalq hüquq normalarına tam uyğun, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında həyata keçirilir.

Vəziyyətin monitorinqi ilə bağlı Ukraynaya ATƏT missiyasının göndərilməsi də müzakirə olunub.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında Merkelin Putinə nə dediyi haqda məlumat verilmir. Yalnız xəbər verilir ki, Almaniya kansleri Soçidə paraolimpiya oyunlarının uğurla keçməsi ilə bağlı Putini təbrik edib.
Ukrayna və Krım hadisələrini burada izlə

Günün bütün mövzuları

XS
SM
MD
LG