Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Xalq artisti Ağasəlim Abdullayevin yoldaşı və nəvəsi yol qəzasında ölüb


Ağasəlim Abdullayev
Ağasəlim Abdullayev
-
Martın 15-i saat 01 radələrində Zığ şosesində baş verən yol qəzasında xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə «VAZ-2106» markalı avtomobillə «Mercedes»in toqquşması nəticəsində olub.

Xəsarət alan xalq artisti və ailə üzlərindən daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Suraxanı polisində araşdırma aparılır.
XS
SM
MD
LG