Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:56

Bakıda evə silahlı basqın edənlər tutulub


-
11 gün əvvəl Yeni Suraxanı qəsəbəsində evə silahlı basqın edib 16 min manat aparan şəxslərdən 6-sı tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, bu, Daxili İşlər Nazirliyinin iki idarəsi, Salyan və Suraxanı rayon polislərinin keçirdikləri birgə əməliyyat nəticəsində mümkün olub.

Hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.
XS
SM
MD
LG