Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:58
-
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Zaqatalaya səfəri zamanı zəlzələdən zərərçəkən ailələrə 10 min manat yardım edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, o, bu pulu rayon icra başçısına təqdim edib.

İdarə sədri bundan başqa Bakı İslam Universitetinin Zaqatala bölməsinin tələbələrinə ərzaq tədarükü üçün 5 min manat vəsait ödəyib. Pul universitetin rəhbərliyinə verilib.

Martın 13-də Zaqatalada olan A. Paşazadə bölgədəki dini icmaların nümayəndələrinin iştirakı ilə zona müşavirəsi keçirib. Müşavirədə Zaqatala, Balakən, Qax və Şəkidən olan dindarlar iştirak ediblər.
XS
SM
MD
LG