Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:24

Ukrayna hərbçiləri Krımdan çıxarılır


Ukrayna
Ukrayna
-
Rusiyameylli hakimiyyətə and içməyən Ukrayna hərbçiləri Krımdan çıxarılır. Bunu “İnterfax”a Krımın baş nazirinin müavini Rustam Temirgaliev deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinin əksər hissəsi “Krımın özünümüdafiə” qüvvələrinə qoşulmaqdadır.

Rustam Temirgaliev deyib ki, Krım hakimiyyətinə tabe olmaq istəməyən hərbçilər yarmadanı tərk etməkdədirlər.

“Onlara silahsız sərbəst çıxış üçün şərait yaradılıb. Hərbçilərin birinci dəstəsi artıq Krımla Ukrayna arasındakı administrativ sərhəddə çatdırılıb”.

Baş nazirin müavini Krımda olan daha bir neçə Ukrayna hərbi hissələrinin Krım xalqına and içməyə hazır olduğunu bəyan edib.

Ukrayna hərbçiləri isə Euronews-a müsahibəsində deyiblər ki, onları and içməyə silah altında məcbur edirlər. Əsgərlərin dediyinə görə, imtina etdikdə əsgərlərin ayaqları altına atəş açılır, silahlı adamlar kazarmalara hücum edir.

Kiyev Krımdakı hərbçilərin və onların ailə üzvlərinin həyatına ola biləcək təhlükədən narahatdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG