Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:40

«Müsabiqədə yalnız Naxçıvana həsr olunmuş mahnılar oxuna bilər...»


arxiv foto
arxiv foto
-
Şərq Qapısı - 13.03.2014


Mahnı müsabiqəsi keçirilir

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş mahnı müsabiqəsi keçirilir.

Bu münasibətlə təşkil edilən tədbiri Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov açaraq iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov və müsabiqənin münsiflər heyətinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Hünər Əliyev çıxış ediblər.

Sonra müsabiqə iştirakçılarının doğma yurdumuza həsr olunmuş mahnılardan ibarət ifaları dinlənilib.

Xatırladaq ki, mükafatlandırma və müsabiqənin yekun konserti 14 mart 2014-cü il tarixdə olacaq. Müsabiqənin şərtlərinə görə, iştirakçılar yalnız Naxçıvan Muxtar Respublikasına həsr olunmuş mahnılar ifa edə bilərlər.
XS
SM
MD
LG