Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 19:07

Gəncədə oyuncaq tapancayla mağaza soydular


arxiv foto
-
Bu barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsindən veriblər. Məluamata görə, martın 9-da Gəncə şəhərindəki Atatürk prospektində yerləşən mağazalardan birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən Ulduz Rəhimovanı oyuncaq tapançayla hədələyib xəzinədəki 350 manat pulu aparıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Samux rayon sakini Yadigar Eyvazov saxlanılıb və ondan quldurluqda istifadə etdiyi oyuncaq tapança götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.
XS
SM
MD
LG