Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:14

İran dərvişləri aclıq aksiyası keçirir


Kasra Nouri
Kasra Nouri
-
Martın 1-də həbsdəki bir dərviş-bloqqer və insan haqları fəalı Kasra Nouri məhbəs yoldaşları ilə pis rəftara etiraz olaraq aclıq aksiyası keçirib. O, sufilərin Nematollahi Gonabadi ordeninin iki üzvünə gərəkən tibbi xidmətin göstərilməməsinə etiraz edirdi. Sonra ona başqaları da qoşulub. Dərvişlərə yaxın mənbələrin dediyinə görə, hazırda həbsxanadakı dərvişlərdən 10 nəfəri yeməkdən boyun qaçırıb. Məlumata görə, onlara kənardan 2 mindən çox sufi də qoşulub. İranın başqa yerlərindən, Hindistandan, eləcə də Avropanın müxtəlif ölkələrindən də etirazlara qoşulanlar barədə xəbərlər gəlir.

DƏRVİŞLƏR ƏDALƏT İSTƏYİR

Bu aksiya təkcə dərvişlərlə pis rəftara deyil, həm də İranda ən böyük sufi qrupu olan Nematollahi Gonabadi-yə dövlət təzyiqinə etirazdır. Qrupun İranda 2 milyon üzvünün olduğu bildirilir.

Sufilər haqqında xəbərlər yayan «Majzooban» saytının baş redaktoru Farhad Nouri AzadlıqRadiosuna deyir ki, dərvişlər ədalət istəyirlər:

«Onlar İran vətəndaşları üçün bərabər hüquqlar təsbit edən İran Konstitusiyasının yerinə yetirilməsini istəyirlər. Bəzi orqanlar və rəsmilər ona hörmət etmir, nəticədə dərvişlər və onların hüquqları tapdanır».

Nouri bunu Avstraliyadan telefonla deyib.

DİNİN SİYASƏTDƏN AYRILMASI

Son illər dərvişlər hədələnir, həbs olunur, təhlükəsizlik ittihamları ilə saxlanır, ibadət yerləri dağıdılır. Onlar inanırlar ki, təzyiqlərin əsas səbəbi populyarlıqlarının artması və inanclarıdır – yəni, dinin siyasətdən ayrılması. Təzyiq əvvəlki administrasiya dövründə artıb. Nouri deyir ki, dərvişlər prezident Hassan Rohani-nin hakimiyyəti dövründə vəziyyətin yaxşılaşacağına ümid edirdilər. Ötən ay dərvişlər Rohani-yə açıq məktub yazıblar, üzləşdikləri təzyiqlərdən bəhs ediblər. Onlar İran mediasının «xəbər boykotu»ndan da yazıblar.

Nouri deyir ki, Rohani-nin hakimiyyətə gələndə bütün iranlılara verdiyi vədlər müəyyən ümid yaratsa da, indi onlar puça çıxır:

«Təəssüf ki, təhlükəsizlik orqanlarında dərvişlərə təzyiq göstərən dairələr qalmaqdadır və Rohani açıq-aşkar bununla bağlı heç nə edə bilmir. Onun hakimiyyətə gəlməsindən sonra dərvişlərə bir sıra hökmlər çıxarılıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG