Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

Türkiyə Quru Qoşunları komandanı Hulusi Akar Azərbaycana səfərə gəlib


Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hulusi Akar Azərbaycana rəsmi səfərə gəlib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun səfər zamanı müdafiə nazirliyində bir sıra görüşləri nəzərdə tutulub.

Həmçinin Türkiyənin hərbi nümayəndə heyəti səfər çərçivəsində Hərbi Akademiya, Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə baş çəkəcək.

Səfər martın 12-dək davam edəcək.
XS
SM
MD
LG