Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

İsmayıllı məhkumunun körpəsi əməliyyat olunub


Xəyal Şaranovun oğlu
Xəyal Şaranovun oğlu
-
Bir müddət əvvəl Xəyal Şaranovun övladının səhətindəki problemlərlə bağlı yazı dərc etmişdik. Həmin yazıda məhbusun valideyinləri bildirirdilər ki, həkimlər balaca Vüqarın əməliyyat olunmasını zəruri sayırlar. Ancaq ailənin maddi durumu buna imkan vermir.
Xəyal Şaranovun həbsə düşdükdən bir müddət sonra övladı dünyaya gəlib və indiyədək o, körpəsinin-Vüqarın üzünü görməyib:

“BAŞÇI DƏRHAL MÜAVİNİNƏ GÖSTƏRİŞ VERDİ Kİ...”

Məhkum Xəyal Şaranovun anası Gülüstan Şaranova:

Gülüstan Şaranova və nəvəsi
Gülüstan Şaranova və nəvəsi
“Həyat yoldaşım xəstədir, ona ağır işdə işləmək olmaz. Ailəmizin bir işləyib, evə çörək gətirəni vardı, o da Xəyal idi. Xəyal həbsə düşdükdən sonra, açığı çox çətinliklər içində yaşamışıq. Vaxt olub ki, evə un almağa pulumuz olmayıb. Sonradan nəvəmiz dünyaya gəldi və günlərin bir günü onun “qrijası”nın olduğunu bildik. Həkimlər tez bir zamanda əməliyyatın vacibliyini bildirdilər. Həmin yazı mətbuatda çıxdıqdan sonra rayonumuzun icra başçısı ailəmizlə maraqlanmağa başladı. Təxminən 10 gün bundan qabaq icra başçısı məhbusların valideynlərini də qəbul etmişdi. Söhbət əsnasında məhkumların valideynlərindən biri bu məsələni yenidən başçının diqqətinə çatdırdı. Sağ olsun başçı dərhal bu məsələ ilə əlaqədar müavininə göstəriş verdi ki, körpənin əməliyyat olunmasını öz üzərilərinə götürsünlər. Bütün zəruri xərcləri də şəxsən başçı özü ödədi. İndi gördüyünüz kimi uşaq əməliyyat olunub, özünü lap yaxşı hiss edir. Həkimlər sağ olsunlar, çox əziyyət çəkdilər, qulluğumuzda durdular”.

“OĞLUM XƏYAL ÇOX SEVİNDİ”

Xəyal Şaranovun atası Sergey Şaranovun dedikləri:

“Mən oğlum Xəyalla danışdım. O eşidəndə ki, uşaq əməliyyat olunub və yaxşıdır, çox sevindi. İnşallah Xəyalı azad edərlər, ailəmizin sevinci daha da artar. Bu işin başında duran, ailəmizə dəstək olanlara dərin təşəkkürümü bildirirəm”.
XS
SM
MD
LG