Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Yeni Müsavat” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib


Raud Arifoğlu
Raud Arifoğlu
Yeni Müsavat” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib.
Qəzetin baş redaktoru Rauf Arifoğlu martın 5-də “Media forum” saytına bildirib ki, vəziyyət bu cür davam eləsə, qəzeti bağlamalı olacaqlar.
O yayım sektorunun demək olar ki, çökdüyünü, gəlirin minimuma düşdüyünü bildirib.
“Metroda qəzet satışı qadağan olunub, səyyar satışın əl-ayağı yığışdırılıb. Nəticədə satıcı-oxucu münasibətləri kəsilib, minlərlə tiraj itirmişik. Artıq həmişəki kimi gündəlik 5-6 min nüsxəlik tirajımız yoxdur. Bu da ayda qəzetin 100 min nüsxəsinin dövriyyədən çıxması deməkdir. Satışdan itirdiyimiz pullar bizim üçün çox ciddi itkidir. Bu gedişlə qəzeti bağlaya bilərik ”.
Qeyd edək ki, metroda qəzet satışı ötən ilin payızından yığışdırılıb.
Bu ilin əvvəlindən isə paytaxtda əl yayımına qadağa qoyulub.
XS
SM
MD
LG