Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:24

Rusiya ABŞ-ı ballistik raket buraxmasından xəbərdar etdi


Topol M raket sistemi
Rusiya Həştərxan vilayətindəki hərbi poliqonda qitələrarası ballistik raketi sınaqdan keçirib.

"Topol" adlanan strateji təyinatlı raket Qazaxıstanın "Sarı Şaqan" poliqonundakı şərti hədəfi yüksək dəqiqliklə vurub.

Bu barədə rus ordusu xəbər yayıb.

Rusiya ballistik raket sınaqdan keçirməsi haqda ABŞ-ı xəbər etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG