Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Obama: "Putinin hərəkəti heç də Rusiyanın güclü olduğunu göstərmir"


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barak Obama deyib ki, Rusiyanın Krıma müdaxiləsi heç də onun gücünü göstərmir, əksinə "başqasının işlərinə qarışmaq" təəssüratı yaradır və bu, başqa ölkələri Rusiyadan uzaqlaşdırır.

Obama cümə axşamı Washington-da verdiyi bəyanatda qeyd edir ki, Rusiya prezidenti Putinin Krıma qoşun göndərmək üçün gətirdiyi əsaslara heç kim avamcasına inanmamalıdır.

ABŞ prezidenti düşünür ki, Rusiyanın hərəkəti heç də Krımdakı rusların müdafiəsinə yönəlməyib, bu, qonşu ölkəni öz təsir dairəsinə salmaq cəhdidir. Bu isə beynəlxalq konvensiyalara ziddir.
XS
SM
MD
LG