Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:16

CNN: «Heydər Əliyev Mərkəzi ən gözəl konsert zalları reytinqində birincidir»


Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi
-
Nüfuzlu “Emporis” şirkətinin versiyasına görə, Heydər Əliyev Mərkəzi binaların qiymətləndirilməsi üzrə dünyanın 15 ən gözəl konsert zalları siyahısında birinci olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi bu xəbəri ABŞ-ın CNN telekanalının saytına istinadən yazıb.

Məqalədə deyilir: “Hamburqda yerləşən şirkət dünyanın daha böyük təəssürat oyadan konsert zallarının siyahısını tərtib edib. Günümüzdə konsert zallarının binaları da gözəl arxitekturaya malik olurlar”.

Reytinqi tərtib edən şirkətin fikrincə, bu gün öz memarlıq siması, dizayn üslubu, rəng həlləri ilə fərqlənən çoxlu konsert zalları tikilir.

“Şirkətin reytinqində birinci yeri Bakıdakı Heydər Əliyev Mərkəzi tutur. “Ağ binanın qatlanmış, dalğavari forması onun mənzərədən hazırlanması illüziyasını yaradır”.

Daha sonra reytinqdə 1963-cü ildə tikilmiş Berlin filarmoniyasının binası, Rio-de-Janeyrodakı “Cidade Das Artes” və Sinqapurdakı “Esplanade” binaları göstərilir.

Reytinqə ABŞ-da tikilmiş iki bina daxil edilib. Onlardan biri “Disney Concert Hall”-dur.

Sayt yazır ki, müəlliflərin fikrincə, bina “bir-birinin içərisinə qoyulmuş əyilmiş metal lövhələrə bənzəyir... və onun dizaynı qəribə fantaziyaları xatırladır”.

Məqalədə vurğulanır ki, bu reytinqin gözlənilməz səhvlərindən biri məşhur Sidney operasının oraya daxil edilməməsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG