Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:19

Gəncədə bu il yeraltı qaraj istifadəyə veriləcək


arxiv foto
-
Gəncədə bu ilin sonu 3 mərtəbəli yeraltı qaraj istifadəyə veriləcək.

Bu barədə Gəncə şəhərinin baş memarı Əli Rüstəmli deyib. Bildirib ki, yeraltı avtomobil dayanacağı Gəncədə inşa edilən 8 mərtəbəli Filarmoniya binasının altında tikilib.

Baş memar ilin sonunadək Filarmoniya binasının da tamaşaçıların istifadəsinı veriləcəyini deyir.

Qeyd edək ki, Gəncədə 2012-ci ildə tikintisinə başlanılan filarmoniya binasının 3000 nəfər tamaşaçı tutumu olacaq. Bundan başqa 4 əlavə zal da inşa edilib. Binanın üz fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.

Filarmoniya binası ərazisində açıq qalereya və yay kinotetarının da olması nəzərdə tutulub.
XS
SM
MD
LG