Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56

NATO Rusiyanı Krımdan geri çəkilməyə, Ukraynın hər hansı ərazisinə müdaxilədən çəkinməyə çağırır


NATO-nun Baş Katibi Andres Fogh Rasmussen
NATO-nun Baş Katibi Andres Fogh Rasmussen

NATO-nun Baş katibi Andres Fogh Rasmussen Rusiyanı Krımdakı qoşunlarını geri çəkməyə və Ukraynanın başqa ərazilərinə ordu yeritməkdən çəkinməyə çağırır.
Rasmussen fevralın 2-də Brüsseldə alyansa üzv olan 28 ölkənin səfirləri fövqəladə toplantı keçirərək Rusiyanın Ukrayna ərazisinə ordu yeritməsini müzakirə edib.

8 saata yaxın çəkən müzakirədən sonra qəbul olunan bəyanatda NATO “bütün tərəfləri BMT Təhülkəsizlik Şurası, yaxud ATƏT-in himayəsi ilə müşahidəçilər çəlb etməklə təcili şəkildə problemin dinc, danışıqlar yolu ilə həllini axtarmağa” səsləyir.
Baş katib Brüsseldə jurnalistlərin suallarına cavabıdna deyib:

- Biz Rusiyanın Krımda hərbi gərginliyi artıran hərəkətlərini pisləyirik. Biz eyni zamanda Rusiya parlamentinin ordudan Ukrayna ərazisində istifadəyə icazə verilməsi barədə qərarından ciddi məyus olduğumuzu ifadə edirik.

Rasmussen qeyd edir ki, Rusiya ordusunun Ukraynaya qarşı hərbi addımları beynəlxalq hüquqa ziddir. Bu hərəkətlər həmçinin NATO-Rusiya Şurasının, eləcə də Sülh Naminə Tərəfdaşlıq prinsiplərinə uyğun deyil:

- Biz Rusiyanı gərginliyi azaltmağa, özünün beynəlxalq öhdəliklərini icra etməyə, qoşunlarını əvvəlki bazalarına geri çəkməyə və Ukraynanın hər hansı ərazisinə müdaxilədən çəkinməyə çağırırq.
XS
SM
MD
LG