Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

Azərbaycanlı qrossmeyster reytinq siyahısında geriləyib


Arxiv foto
Arxiv foto
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. APA-nın məlumatına görə, mart üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə bu dəfə 4 həmyerlimiz yer alıb.

Onlardan ən yüksək reytinqə Şəhriyar Məmmədyarov malikdir. Şahmat tacına iddialıların turnirində ölkəmizi təmsil edəcək zəka sahibi 13-cü yerdədir. Onun yeri kimi reytinq xalında da dəyişiklik olmayıb – 2757.

Məmmədyarovdan fərqli, Rauf Məmmədov 87-ci yeri 84-cü pilləyə dəyişib. O buna aktivinə 1 reytinq xalı yazmaqla nail olub.

Fevralda açıqlanan siyahı ilə müqayisədə bu dəfə Eltac Səfərli də “Top-100”ə daxil olub - 2656 xalla 90-cı yer.

Təmsilçilərimizdən geriləyən yalnız Teymur Rəcəbovdur. O, hazırda 2713 xalla 37-ci yeri tutur.

Reytinq cədvəlinə yenə norveçli Maqnus Karlsenin (2881) başçılıq edir. Levon Aronyan (Ermənistan, 2830) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2787) ilk “üçlüyü” qapayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG