Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:13

Macarıstanın millət vəkili Xocalıdan yazıb


-
«Dağlıq Qarabağ Qafqazın qanı axan yarasıdır» – Macarıstan parlamentinin üzvü Tomas Hegedüs ölkənin «Barikad» həftəliyində dərc etdirdiyi məqaləni belə adlandırıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş məqalədə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin üzləşdiyi faciələr əksini tapıb.

Macarıstanın millət vəkili Xocalıda separatçı silahlıların törətdiyi cinayətlərdən söz açaraq, bu faciəyə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıb.
XS
SM
MD
LG