Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

Xocalıda hər iki valideynini itirmiş 25 uşağın müraciəti


Xocalı abidəsi
Xocalı abidəsi
-
“O dəhşətli hadisələr baş verəndə bu müraciəti imzalayan bizlərin 4-11 yaşları vardı. O dəhşətli gecədə biz dünyada hər bir körpənin daima qayğısına ehtiyac hiss etdiyi valideyn qayğısından ömürlük məhrum olduq. Biz həmin dəhşətli gecədə yarıçılpaq, ayaqyalın, şaxtada, qarda düşmən gülləsinin atəşindən qaçarkən ətarıfımzda güllələnən valideynlərimizin axan qanını, bizi son dəfə qucaqlayaraq bağırlarına basan əllərini, gözümüzün önündə baş verən bu qandonduran hadisələri unuda bilmirik”...
Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşaq dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Bu haqda Modern.az saytı yazır.

Müraciət müəllifləri yazır ki, “biz- həmin dəhşətli gecədə hər iki valideynini itirmiş 25 uşaq dünya birliyinə, dünyanın hər bir ölkəsinə, beynəlxalq təşkilatlara müraciət edərək Xocalıda baş vermiş soyqırıma hüquqi qiymət verilməsini tələb edirik”.

DÖVLƏT İMTAHANI VERƏ BİLMƏYƏNLƏR TƏHSİLLƏRİNİ DAVAM ETDİRƏCƏK

Təhsil Nazirliyi dövlət attestasiyasından keçə bilməyən ali məktəb tələbələrinin təhsillərini hansı formada davam etdirməsinin mümkün olduğunu açıqlayıb.

imtahan
imtahan
Bu haqda Trend agentliyi yazır.

“Qüvvədə olan qaydalara görə, ali təhsil müəssisələrində yekun dövlət attestasiyasından keçməyən şəxslərə növbəti 4 ildə 2 dəfə attestasiyadan keçmək üçün imkan yaradılır. Həmin şanslardan istifadə etməyən şəxslər “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a uyğun olaraq ali təhsil müəsisəsinə bərpa olunmaq və həmin şansı təkrar qazanmaq hüququna malikdirlər.

Bununla yanaşı, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Tələbə ali təhsil müəssisəsindən yalnız öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda xaric edilir”.

“SOVETSKİ”NİN SÖKÜLMƏSİ EV BAZARINI SİLKƏLƏYİB

“Yeni Müsavat” qəzeti yazır ki, 10 min tikilinin söküləcəyi xəbəri ev bazarında qiymətləri qaldırıb. Kirayə evlər və tikinti materialları da bahalaşıb.

Sovetski
Sovetski
Qəzet yazır ki, Xırdalan, Yeni Yasamal, Bakıxanov, Günəşli və başqa ərazilərdəki yeni binalarda mənzillərin kvadratı bahalaşıb. Mənzil bazarı qışın “oğlan çağında” “od tutub yanır. “Adətən payız və yaz aylarında mənzillərin qiymətində artım müşahidə olunurdusa, bu il bir qədər vaxt özünü qabaqlayıb. “Sovetski”, ardınca “Kubinka” məhəllələrinin köçürülməsi nəticəsində minlərlə vətəndaş mənzil bazarına üz tutmalı olacaq. Bunu da proqnozlaşdıran ev tacirləri qiymətləri qaldırmaq qərarı veriblər. Bakı və ətraf ərazilərdə qiymətlər 20 faiz artıb. Ən çox qiymət artımı olan ərazilərə Xətai, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarını aid etmək olar”.

MÜƏLLİM İŞİNİ SİYASİ MÖVQEYİNƏ GÖRƏ İTİRDİYİNİ BİLDİRİR

AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy Babək rayon Uşaq və Gənclər İdman Məktəbində tutduğu məşqçi-müəllim vəzifəsindən azad edilib.

Bu haqda Y.Bağırsoy Turan agentliyinə bidirib.Y.Bağırsoy işdən azad olunması ilə bağlı Babək rayon təhsil şöbəsindən bu haqda məktub aldığını deyir. Məktubda Y.Bağırsoyun işdən azad olunmasına səbəb kimi “əmək funksiyasını yerinə yetirməməsi və rəhbərlik tərəfindən verilən intizam tənbehindən nəticə çıxarmaması” göstərilir və bu il fevralın 18-dən vəzifəsindən azad edildiyi bildirilir. Y.Bağırsoy rayon təhsil şöbəsinin bu qərarını “əsassız və qərəzli” adlandırıb. Onun sözlərinə görə, bu qərar siyasi mövqeyilə bağlı verilib. Y.Bağırsoy hüquqları pozulduğu üçün məhkəməyə müraciət edəcəyini də söyləyib. Rayon təhsil şöbəsinin müdiri bu məsələyə şərh verəcəyini söyləsə də, sonunda vədinə əməl etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG