Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 11:09

Yulia Tymoshenko Almaniyada müalicə almağı planlaşdırır


-
Ukraynanın sabiq baş naziri Yulia Tymoshenko Almaniyada müalicə almağı planlaşdırır. Bu barədə onun vebsaytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, o Almaniyanın kansleri Angela Merkeldən gələn müalicə təklifini qəbul edib.

Tymoshenko xroniki bel ağrılarından əziyyət çəkir. O, 2010-cu ildə seçkiləri Viktor Yanukovychə uduzandan sonra, 2011-ci ildə həbs edilib. Ona vəzifələrindən sui istifadə ittihamı ilə 7 il həbs cəzası kəsilmişdi. Qərb ölkələri bu ittihamı siyasi motivli hesab edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG