Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 22:51

Ağ ev: "Ukrayna yardım almaq üçün islahat aparmalıdır"


Jay Carney
Ağ evin sözçüsü Jay Carney bildirib ki, Ukrayna parlamentinin özünə yeni spiker seçməsi qanunidir və ABŞ ölkədə vəziyyətin nəzarətə alınması, dövlət orqanlarının işinin normallaşdırılması yönündə səyləri dəstəkləyir.

Onun sözlərinə görə, Ukraynada stabilliyin bərpası ABŞ kimi Rusiyanın da marağında olmalıdır.

Jay Carney deyib ki, ABŞ Ukraynaya maliyyə yardımının edilməsinin tərəfdarıdır, bu yöndə iş görür, dünya boyu öz tərəfdaşları ilə birgə çalışır. Amma bunun üçün Ukrayna iqtisadiyyatında islahatlar aparılmalıdır. Bu islahatlar Beynəlxalq Valyura Fondunun dəstəyi ilə aparıla bilər.
XS
SM
MD
LG