Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

Ələtdə tikilən Beynəlxalq Dəniz Limanının birinci mərhələsi yekunlaşmaq üzrədir


Ziya Məmmədov
Ziya Məmmədov
Ələt qəsəbəsində tikilən Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi bu ilin birinci yarısında yekunlaşacaq.Birinci mərhələdə bərə terminalının istismara veriləcəyi gözlənilir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

Qeyd edək ki, artıq Qazaxıstan Azərbaycana bu limanla ildə 20 mln. ton yük daşımaq niyyətində oduğunu bildirib.Həmçinin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri limana maraq göstərir.

Xəzərdə ən böyük bərə terminalı Azərbaycandadır, onun ümumi sahəsi 400 hektardır.
XS
SM
MD
LG