Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:32

Narazı tələbələrin rektorla görüşü təxirə salınıb


Abel Məhərrəmov tələbəyə: «Bu dəfə səni elə qovaram ki...»
Gözlə

No media source currently available

0:00 0:06:58 0:00
-
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovla narazı tələbələrin fevralın 22-ə təyin edilən görüşü təxirə salınıb.

Bu barədə AzadlıqRadiosuna rektorla görüşə gedib geri qaytarılan tələbələr məlumat veriblər. Tələbələrin dediyinə görə, universitetin ətrafına xeyli polis cəlb edilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova AzadlıqRadiosuna deyib ki, təxirə salınan görüş heç də 21 fevral görüşünün davam olmayıb.

«Rektor fevralın 15-dən başlayaraq qış imtahan sessiyasından narazı qalan tələblərlə görüşlər keçirir. O görüşlərdən biri də fevralın 22-ə təyin olunmuşdu. Şənbə günü BDU-da iş günü olmadığına görə dekanların, rəhbər işçilərin xahişi ilə fevralın 21-də Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı müşavirə keçirilib. Müzakirə əsasında problemlər operativ olaraq həll edilib və bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Həmin tələbələr həftənin 1-ci günü (24 fevral 2014-cü il) fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala bilərlər».

Kəsirlərə görə əlavə pul ödəməyə etiraz edən tələbələr fevralın 20-də BDU qarşısında aksiya keçiriblər.

Universitet hesab edir ki, kəsiri, yəni akademik borcu olan tələbələrin əlavə vəsait ödəməsi ilə bağlı Bakı Dövlət Universitetinin heç bir günahı yoxdur. Bu barədə Nazirlər Kabineti qərar verib, Təhsil Nazirliyi də əmr imzalayıb.

Abel Məhərrəmov tələbəyə: «Bu dəfə səni elə qovaram ki...»
Gözlə

No media source currently available

0:00 0:06:58 0:00
XS
SM
MD
LG