Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

«Azərbaycanda İnformasiya Azadlığı» hesabatı açıqlanıb


Foto: Arxiv
Foto: Arxiv
-
Media Hüququ İnstitutu «Azərbaycanda İnformasiya Azadlığı» adlı illik hesabatını açıqlayıb.

Hesabat 01 yanvar 2013-31 yanvar 2014-cü il tarixlərində informasiya azadlığı sahəsində aparılmış araşdırmaların nəticələri əsasında hazırlanıb.

Hesabata görə, yazılı sorğular vasitəsilə bilgi əldə etmək əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Bilgi sahiblərinə göndərilmiş 105 informasiya sorğusunun icra vəziyyətinin monitorinqi bunu söyləməyə əsaslar verir. Şifahi sorğular vasitəsilə bilgilərə çatımın durumu da ürəkaçan deyil. Qurum gündəlik kütləvi informasiya vasitələrində, habelə müstəqil çalışan 10 jurnalistin bilgi sahiblərinə ünvanladıqları hər 10 şifahi (telefonla) sorğuya verilən (orta hesabla) cavabları araşdırıb. İnformasiya sahiblərinin onlayn şəffaflıq göstəriciləri ötən illə müqayisədə artsa da, ümumi mənzərədə ciddi dəyişiklik olduğunu söyləmək olmaz.

Hesabata görə, dövlət qurumlarının əksəriyyəti onlarda olan açıq bilgilərin ən azı 60%-ini qapalı tuturlar.

Sənəddə informasiya əldə etmək hüququnun effektiv müdafiə mexanizmlərinin hələ də formalaşmadığı vurğulanır. İnformasiya əldə etmək haqqı pozulanların 2 yolu var-onlar İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman Aparatı) və məhkəmələrə müraciət edə bilərlər. Ombudsman Aparatı effektiv vasitə çevrilmədiyindən informasiya əldə etmək hüququ pozulanlar məhkəmələrə üz tutur. Ancaq məhkəmələr də informasiya əldə etmək hüququnun pozuntusunun aradan qaldırılmasına gərəkli dəstəyi vermir.
XS
SM
MD
LG