Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

Avromayda itkin düşən azərbaycanlı yaralı halda tapılıb


-
Ukraynanın Avromaydanında fevralın 19-da baş verən hadisələr zamanı itkin düşən azərbaycanlı, Ukrayna vətəndaşı Teymur Mustafayev tapılıb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya bildirib ki, T. Mustafayevin Volın vilayətinin Lutsk şəhər xəstəxanasında yatdığı məluma olub.

Diaspor rəhbəri bildirib ki, xəstəxanadan məlumat daxil olan kimi dərhal T. Mustafayevlə telefon bağlantısı yaradıb: “Bildirdi ki, hazırda vəziyyəti orta-ağırdır. O, başına gələnləri danışaraq dedi ki, fevralın 19-dan 20-nə keçən gecə - səhərə yaxın Maydana yaxın küçələrin birində snayper atəşi ilə yaralanıb. Güllə onun bel nahiyəsindən girərək öndən çıxıb, lakin xoşbəxtlikdən güllə boşluğa düşdüyü üçün həyati təhlükə yaratmayıb. Huşunu itirdikdən sonra bir çox yaralı ilə birlikdə onu Kiyevin 17 saylı şəhər xəstəxanasına aparıblar. Orada üzərilərindəki sənədlərə əsasən yaralılar bölünərək qeydiyyatda olduqları vilayətlərə göndəriliblər. Ötən gün axşam T. Mustafayev də yaşadığı Volın vilayətinin Lutsk şəhərindəki xəstəxanaya yola salınıb”.

R. Tağıyev həkimlərlə də danışıb və həkimlər xəstənin həyatına təhlükə olmadığını, lakin onurğa sütununun müalicəyə ehtiyacı olacağını söyləyiblər. Məsələdən xəbər tutan T. Mustafayevin valideynləri onun yanına gediblər.
XS
SM
MD
LG