Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:38

Ukraynada qanlı siyasi böhranın həllində razılaşma əldə olunub


-
Ukraynada qanlı siyasi böhranın həlli üçün “ilkin” razılaşma əldə olunub. Ukrayna prezidentinin mətbuat xidməti bildirir ki, razılaşma Prezident Viktor Yanukovich, müxalifət və AB nazirlərinin ötən gecəki danışıqlarından sonra əldə edilib.

Rusiyalı vasitəçi Vladimir Lukin də məlumatlara görə, danışıqlara qatılıb. Bəyanatda deyilir ki, razılaşma Avropa vaxtıyla saat 10-da imzalanacaq, ancaq detallar açıqlanmır.

Müxalifət və AB nazirləri razılaşmanın əldə olunduğunu dərhal təsdiqləməyib. Polşanın xarici işlər naziri Radoslaw Sikorski bu səhər tvitterində yazıb ki, “bütün gecə aparılan danışıqlardan sonra, danışıqlar başa çatıb”, detallara varmayıb.
XS
SM
MD
LG