Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:10

ABŞ Kiyevin mərkəzindən hərbi qüvvələri çıxarmağa çağırır


Foto arxiv
Foto arxiv
ABŞ Ukrayna prezidenti Viktor Yanukovychi Kiyevin mərkəzindən hərbçilər və xüsusi təyinatlı qüvvələri çıxarmağa, vətəndaşların dinc etiraz hüquqlarına hörmətlə yanaşmağa çağrıb.Ağ evin yaydığı bəyanatda nümayişçilərlə amansız davranışdan kəskin hiddət bildirilir.

Kiyevdə baş verən son toqquşmalarda onlarla adam ölüb.

Almaniya, Fransa və Polşanın xarici işlər nazirləri Kiyevdə münaqişənin yoluna qoyulması ilə bağlı danışıqları davam etdirirlər.

Müxalifət prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması və ölkədə vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG