Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:58

Avromaydan deputatları diktator səlahiyyətlərini ləğv etməyə çağırır


Ukraynanın Azadliq meydanı yeni qarşıdurmalar səhnəsinə çevriıib
Ukraynanın Azadliq meydanı yeni qarşıdurmalar səhnəsinə çevriıib

Müxalifət xalq deputatlarını çağırıb ki, saat 15.00-da Ali Radanın iclasına gəlsinlər.

Bu haqda Avromaydanın tribunasından çıxış edən parlamentin “Batkivşina” (Vətən) fraksiyasının sədr müavini Aleksandr Turchinov bildirib.

“Deputatlar mənə müraciət ediblər ki, təcili olaraq parlament sessiyasını keçirib hakimiyyətin diktator səlahiyyətlərini ləğv edək. Öz xalqına qarşı müharibəni dayandırmaq istəyən hər bir millət vəkili saat 15-də Ali Radaya gəlməlidir” –deyə Turçinov bildirib.

Onun sözlərinə görə, müxalifət fraksiyaları bu təklifin tərəfini saxlayır.
XS
SM
MD
LG