Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Nazirlərin Gəncə görüşündə birgə bəyannamə imzalanıb


Ahmet Davutoglu və Elmar Mammadyarov
Ahmet Davutoglu və Elmar Mammadyarov
Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü olub.Görüşdə bu ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, regiondakı vəziyyət və münaqişlərin həlli ətrafında fikir mübadiləsi aparılıb, sonda yekun bəyannamə imzalanıb.

Bəyannamədə regiondakı mövcud münaqişələrin Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyə zərbə vurduğu bildirilir.Nazirlər Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri , dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildiriblər.

Görüşdə həmçinin Bakı-Tbilisi-Ərzurum, “Şəhdəniz 2” qaz və Bakı-Tbilisi-Qars dəmiryol layihələrinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulanıb.

Nazirlərin növbəti görüşü bu il Türkiyədə keçirilməlidir.
XS
SM
MD
LG