Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:17

Ukraynada baş verən toqquşmalarda azı 9 nəfərin öldüyü bildirilir


Kiyevdə etiraz aksiyası
Kiyevdə etiraz aksiyası
Avropa rəsmiləri Ukraynda baş verən yeni zorakılıqları pisləyib və bütün təfələri səbirli olmağa, dialoqu bərpa etməyə çağırıblar.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun yaydığı bəyanatda polis və nümayişçilər arasında baş verən toqquşmalardan narahatlıq bildirilir.Həmçinin Avropa Parlamentinin sədri Martin Shults bu toqquşmalar zamanı ölənlər barədə məlumatlardan şoka düşdüyünü deyir.

Polisin məlumatına görə son toqquşmalarda 2 polis də daxil olmaqla azı 9 nəfər ölüb.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə konstitusiyaya düzəliş edilməsi, vaxtındanəvvəl prezident və parlament seçkiləri keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirilir.
XS
SM
MD
LG