Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

«Toska» yenə qəlbləri fəth etdi


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
-
«Mənə bir daha buraya gəlib gözəl teatrınızda çıxış etmək imkanı verilərsə, çox şad olaram».

Bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin «Toska» operasının tamaşasında Türkiyənin tanınmış tenoru Aykurt Çinar söyləyib.

Onun sözlərinə görə, operanın anşlaqla keçməsi və tamaşaçılar tərəfindən hərarətlə qarşılanması tamaşanın, eləcə də, bütövlükdə teatrın yüksək səviyyəyə malik olduğunu təsdiqləyir:

«Sizin çox yaxşı xor kollektiviniz, gözəl musiqiçiləri olan yüksək peşəkar orkestriniz vardır. Maestro Rauf Abdullayevi xüsusi qeyd etmək istərdim. O, tamaşanı çox gözəl idarə edirdi. Mən onu böyük dirijor hesab edirəm. Vokalçılarınız da çox xoşuma gəldi. Əsas partiyaları ifa edən tərəf-müqabillərim də yüksək səviyyədə çıxış edirdilər».

Teatrın mətbuat xidmətinin yaydığı xəbərə görə, dünya opera sənəti xəzinəsinə daxil olan bu tamaşada üç dövlətin – Azərbaycan, Türkiyə və Belarusun opera ulduzları iştirak edib.

Toska partiyasını Türkiyə operasının ulduzu, Bülbül adına vokalçıların VI Beynəlxalq müsabiqəsinin «Qran-Pri» mükafatına layiq görülmüş Deniz Yetim, Kavaradossi partiyasını Türkiyənin tanınmış tenoru, eyni zamanda Ankara Opera və Balet Teatrının direktoru Aykurt Çinar ifa ediblər.

Skarpia partiyasında Belarusun Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov çıxış edib.

Tamaşada Azərbaycanın xalq artisti Əli Əsgərov, respublikanın əməkdar artisti Əkrəm Poladov da iştirak ediblər.

Operaya Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayev dirijorluq edib.

Xəbərdə vurğulanır ki, tamaşa hərarətlə və çox emosional qarşılanıb. Demək olar ki, bütün tamaşa boyu tamaşaçıların alqış və «bravo» sədaları eşidilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG