Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 02:56

Nalbandyan: "Biz belə iş tutmuruq"


Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Bağdadda səfərdədir
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Ermənistanın xarici işlər naziri Nalbandyan Bağdadda səfərdə olarkən

-

"Biz dost ölkələrdən, tərəfdaş ölkələrdən xahiş etmirik ki, Azərbaycanı yox, Ermənistanı dəstəkləsinlər. Heç vaxt. Bu bizim mövqeyimizdir. Bəzən bu, qarşı tərəfdə baş verir. Mən Azərbaycanı nəzərdə tuturam.

Onlar başqa ölkələrə səfərə gedəndə olur bu. Ermənistan belə iş tutmur.

Dağlıq Qarabağ məsələsinə gəldikdə, biz başqa ölkələrdən onu xahiş edirik ki, Minsk qrupunun üç həmsədrinin münaqişənin həlli ilə bağlı konkret təkliflər, prinsiplər, elementləri nəzərdə tutan mövqeyini dəstəkləsinlər".

Bunu İraqda səfərdə olan Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan deyib. O, iraqlı həmkarı Hoshyar Zebari ilə birgə Bağdadda mətbuat konfransı keçirib.

Nalbandyan onu da deyib ki, İraqla Ermənistan arasında bir sıra razılaşma layihələri hazırlanır. Bunlar ikiqat verginin ləğvi, kənd təsərrüfatı, mülki aviasiya, turizm, tikinti, mədəniyyət və başqa sahələrdə əməkdaşlığı əhatə edir.

Bundan başqa İraqla Ermənistan arasında birbaşa təyyarə reysi, Ərbildə erməni səfirliyinin açılması kimi məsələlər də müzakirə edilir.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da İraqa səfər etmişdi.
XS
SM
MD
LG