Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:17

İran Pakistanı hədələyir


Foto arxiv
Tehran xəbərdarlıq edib ki, əgər İslamabad Pakistanla sərhəddə oğurlanmış İran sərhədçilərinin azad edilməsi ilə bağlı tədbirlər görməsə, Pakistana ordu yeridəcək.Bunu İranın daxili işlər naziri Abdulreza Rahmani Fazli bəyan edib.

Sərhədçilərin oğurlanmasına görə cavabdehliyi “Jaish-ul Adl” adlı sünni qrupu üzərinə götürüb.Pakistanın İrandakı müvəqqəti işlər vəkili ötən həftə buna görə xarici işlər nazirliyinə çağırılıb. İran Pakistandan radikal qruplara qarşı qəti tədbirlər görülməsini tələb edir.

Jaish-ul Adl qrupu ötən ilin nöyabrında üzvlərinin İran prokurorunu öldürdüyünü , oktyabrda isə İran sərhədçilərinə hücum etdiklərini bəyan edib. Həmin hücum zamanı 14 nəfər ölüb.
XS
SM
MD
LG