Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 06:05

İtaliyada yeni hökumət yaradılır


Matteo Renzi və Enrico Letta
İtaliya prezidenti Giorgio Napolitano Demokrat partiyasının lideri Matteo Renziyə yeni kabinet yaratmağı həvalə edib.39 yaşlı Renzi artıq siyasi partiyalarla müzakirələrə başladığını və danışıqların bir neçə gün davam edəcəyini deyir.

Solmərkəzçi Demokrat partiyasının üzvləri ötən həftə baş nazir Enrico Lettanın istefasından sonra Renzinin yeni hökumət yaratmaq təşəbbüsünü dəstəkləyiblər.

Renzi həmçinin Demokrat partiyasının üzvü olan Lettanı Iqtisadi sahədə islahatlar apara bilməməkdə günahlandırır.
XS
SM
MD
LG