Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:01

Milli Məclisin nümayəndə heyəti İrana gedir


Oktay Əsədov
Oktay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-də İrana yollanacqaq.

Səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatı ölkələri Parlament İttifaqının iclasına qatılmaqdır.Tehranda keçirilən toplantıda qurumun daimi komitələrinin qətnamələri , üzv dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.

Təşkilatın daimi komitələrinin iclası isə artıq başlayıb.Tədbir çərçivəsində müsəlman qadın deputatların 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası da keçiriləcək.

Parlamentlər İttifaqı Komitıəsinin 9-cu iclasda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsinin müzakirəsi də gözlənilir.

Bundan başqa Oqtay Əsədovun iranlı həmkarı Əli Laricani və üzv ölkələrin parlament sədrləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Səfər fevralın 19-da başa çatacaq.
XS
SM
MD
LG