Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:36
-
Bu gün Kiyevdə müxalifət zəbt olunmuş inzibati binaların boşaldılması ilə bağlı növbəti xalq yığıncağı keçirəcək.
Fevralın 14-də Ukrayna məhkəmələrində fevralın 2-də qüvvəyə minmiş amnistiya haqqında qanuna əsasən kütləvi iğtişaş iştirakçılarının həbsdən azad olunması və həbs-qəti imkan tədbirinin yumşaldılması məsələsinin baxılması sona çatıb.
Hazırda Ukraynada müxalifətin nəzarətində olan zəbt olunmuş altı hökumət binası qalır.
Fevralın 17-də bütün inzibati binaların və yolların boşaldılmasına ayrılan müddət başa çatır.
Fevralın 15-də parlamentdə müxalif “Batkivşina” fraksiyasının lideri olan Arseniy Yatsenyuk bildirib ki, fəallar Həmkarlar İttifaqları Evində, Ukrayna Evində və Oktyabr Sarayında qalacaq. Eləcə də Müstəqillik meydanından getməyəcəklər.
XS
SM
MD
LG