Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:28

Berlin kinofestivalında Asiya filmlərinin triumfu


Berlinale - çinlilərin qələbəsi
Berlinale - çinlilərin qələbəsi
-

Berlin kinofestivalında ən böyük uğuru Asiya filmləri qazandı.

Çində çəkilən "Bai Ri Yan Huo" (Qara kömür, nazik buz) trilleri baş mükafatı - "Qızıl ayı"nı qazanıb.

Film kök bir müstəntiqin səs-küylü qətllər törətmiş killeri axtarmasından bəhs edir.

Filmdə müstəntiq Zhang Zili rolunu oynamış və bu rol üçün 20 kiloqram kökəlməli olmuş aktyor Liao Fan "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.

Filmin rejissoru Diao Yinan deyib ki, onun qələbəsi Çin kinosunun getdikcə dünyada daha çox qəbul edildiyini göstərir.

Çində senzura haqda sualı cavablandıran rejissor deyib:

"Əlbəttə senzura var. Mən əminəm ki senzura dünyanın hər yerində var, elə deyilmi? Çindəki senzuraya gəlincə, bizim burada - Berlində olmağımız göstərir ki, senzura getdikcə yumşalır, baxmayaraq ki, hələ də bu sahədə çətinliklər var".

Yaponiyalı Haru Kuroki "Chiisai Ouchi" (Balaca ev) filmindəki roluna görə "Ən yaxşı aktrisa" seçilib. Film 2-ci Dünya Müharibəsindən əvvəl və müharibə dövründə Tokioda çalışan bir qulluqçudan bəhs edir.

Amerikalı Richard Linklater "Ən yaxşı rejissor" mükafatını udub - "Boyhood" filminə görə.
XS
SM
MD
LG