Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

Britaniyada siyasi donor və oğlu Rolls-Royce işinə görə həbs olunublar


Britaniyanın siyasi hakimiyyətdə olan partiyalarından birinin Hindistan əsilli donoru və onun oğlu Britaniya Ciddi Fırıldaqçılıq İdarəsinin (Serious Fraud Office) Rolls-Royce şirkətinin Asiyadakı fəaliyyəti ilə bağlı təhqiqatının gedişində həbs ediliblər.

Britaniya vətəndaşı Sudhir Choudhrie və oğlunun həbsi polis tərəfindən təsdiq edilib.
Rolls-Royce General Electric şirkətindən sonra dünyanın ikinci böyük təyyarə mühərrikləri istehsalçısıdır.

Hazırda bu şirkətin Çin və İndoneziyada rüşvət verməsi ilə bağlı iddialra görə araşdırıldığı xəbər verilib.

Bu işlə əlaqələri olduğu söylənən Choudhrie ailəsinin C&C Alpha Group şirkəti Londonda mənzillənib və qrup sahibinin oğlu Bhanu Choudhrie firmanın icraçı direktorudur.

Xəbər verilir ki, bu şirkət 2010-cu ildən bəri hakim koalisiyaya daxil Liberal Demokrat Partiyasına 831 min dollar ianə verib.

Prokurorluq, Rolls-Royce və Liberal Demokrat Partiyası şərh verməkdən imtina ediblər.
XS
SM
MD
LG