Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11

«Məmurlar əkin sahələrimizdə evlər tikirlər»


Arxiv - foto
Arxiv - foto
-
“1998-ci ildə mənə müvafiq qərarla kənd təsərrüfatı məhsllarının istehsalı üçün torpaq sahəsi ayrıldı. Torpaq sahəsinə görə dövlət aktı da əlimdədir. 4 il əvvəl torpağımı yerli məmurlardan biri zəbt etdi. Vaxtilə mənə verilmiş torpaqda indi oğlunun adına evlər tikdirib”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə Samuxdan İlqar Zeynalov danışır bunları. O, 16 il əvvəl ayrılmış torpaq saəhsinin əlindən alınması ilə barışmır:

“Gəncədən üç dəfə mütəxəssis gəldi. Qonşuların şahidliyi ilə xüsusi şüa aparatı ilə də ölçüb-biçdilər. Hamı da gördü ki, mənim sahəm 230 metr uzunluğundadır. Tikdikləri evlərin 10-u sahəmə düşüb. Akt da tərtib olundu, aktı götürüb getdin icra başçısının yanına, dedi, narazısan, get ver məhkəməyə. Məhkəmə isə süründürür məni. Onu da deyim ki, o torpaqlar təyinatla kənd təsərrüfatı məhsulları üçün əkin yerləridir. Orada ev tikmək qanunsuzdur”.

İlqar Zeynalov deyir, yazdığı şikayət ərizləri sonda rayon icra hakimiyyətinə göndərilir:

“Başçı da çağırır, danlayır ki, bəsdir ora-bura yazdın. Mənə yerimdən 300 metr kənardan 30 metr uzunluğunda darısqal sahə təklif edir. Deyir, gəl oranı verək sənə, özümüz sənədləşdirərik”.

Şikayətçinin sözlərinə görə, rayondakı vəkillər də belə vəziyyətlərdə vətəndaşların hüquqlarının müdafiəsinə imza atmırlar.

"ƏRİZƏMİ 5 DƏFƏ ÖZÜMƏ QAYTARIBLAR"

Samux rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, İlqar Zeynalovun narazılığı varsa məhkəməyə müraciət etsin.

İlqar Zeynalovsa deyir, indiyə qədər yerli məhkəməyə 5 dəfə iddia ərizəsi yazıb. Hər dəfə ərizə özünə qaytarılıb.

Samux rayon məhkəməsindən bilidiriblər ki, İlqar Zeynalov hər dəfə iddia ərizəsində cavabdeh şəxs kimi tikilmiş evlərin sahibinin yox, başqa ailə üzvünün adını yazır. Ona görə də ərizəsi özünə qaytarılır ki, düzgün tərtib etsin.

Hüquşünas Vüsal Mediyev deyir, əgər torpağın İlqar Zeynalovun adına ayrılması barədə qərar və dövlət aktı varsa, problemi mütləq məhkəmədə mübahisələndirməlidir. İddia ərizəsini geri qaytarmasınlar deyə, ərizəni bir hüquqşünasa da müraciət edə bilər.
XS
SM
MD
LG