Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:30

İran Hindistandan “dondurulmuş” 1,5 milyard dollarını tələb edir


İran Hindistana bildirib ki, onun Qərb ölkələri ilə əldə olunmuş keçid razılaşmasına görə Tehran sanksiyalardan əvvəl ödənməmiş neft pullarını tələb edə bilər.

Əgər ödəniş təsdiqlənərsə, Hindistan Yaponiya və Cənubi Koreyadan sonra İrana “dondurulmuş” borclarını qaytaran üçüncü ölkə olacaq.

Ötən ilin noyabrında İran və Qərb arasında əldə edilmiş keçid razılaşmasına əsasən Tehran xarici banklarda dondurulumuş 4,2 milyard dollarlıq neft gəlirini ala bilər.

Reuters xəbər verir ki, çox ehtimal, İran neft qazanclarının İsveçrə Mərkəzi Bankındakı hesablarına köçürülməsini istəyəcək.

Əvvəllər bu pullar İrana Türkiyədəki Halkbank tərəfindən köçürülürdü.

İran hazırda gündə 1 milyon barrel neft ixrac edir. Bu rəqəmin yaxın gələcəkdə xeyli artacağı gözlənilir.
XS
SM
MD
LG