Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 17:10
-
Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olub. İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir.

Binanın daxilində idman zalı, üzgüçülük hovuzu da qurulub.

Fevralın 13-də İlham Əliyev həm də bəzi sənətçilərə fəxri adlar verib.

«Xalq Artisti»

Balayev Məmmədəli Bəşir oğlu
Şərifov Vaqif Abdulla oğlu
Verdiyev Fikrət Süleyman oğlu

«Əməkdar Artist»

Abbasov Elxan Yunis oğlu
Elçiyev Elçin Emin oğlu
Cəfərov Məmməd Əhməd oğlu

/AzərTAc/

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG