Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:52

Əfqanıstan ABŞ-ın təhlükəli saydığı 65 məhbusu azad edib


Foto arxiv
Əfqanıstan hökuməti ABŞ-ın təhlükəli saydığı 65 məhbusu azad edib.

ABŞ onları yerli və beynəlxalq koalisiya qüvələrinə hücumlarda ittiham edir.
Vaşinqton Əfqanıstan hökumətinin bu addımını pisləyib və bu şəxslərin Əfqanıstan və ümumilikdə bütün region üçün təhlükəli olduğunu bildirib.

Əfqanıstan rəsmiləri isə onların cinayətkar olmasına heç bir sübut tapılmadığını deyirlər.Məhbuslarla bağlı müşahidə şurasının rəhbəri Abdul Shakor Dadras bütün prosesin qanunsuz olduğunu və onların həbsdə saxlanmasına heç bir əsas olmadığını deyir.

Son vaxtlar təhlükəsialik sahəsində müqavilə imzalanması ilə bağlı Vaşinqtonla Kabul arasında fikir ayrılığı yaranıb. Söhbət koalisiya qüvvələri bu ilin sonunda Əfqanıstanı tərk etdikdən sonra ölkədə 10 minədək ABŞ əsgərinin saxlanmasından gedir.
XS
SM
MD
LG