Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:15

İraqda bomba partlayışlarında azı 17 nəfər həlak olub


Foto (Arxiv)
Foto (Arxiv)
Təkcə çərşənbə günü İraq boyunca avtomobil və mina partlayışlarında azı 17 nəfərin həlak olduğu xəbər verilir.

Partlayışlar üçün məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də xəbər verilir ki, sünni islamçılar İraqın şiə hökumətinə qarşı hücumları gücləndiriblər.

Reuter agentliyinin məlumatına görə İraqda təkcə yanvar ayı ərzində 1000-dən artıq insan həlak olub.

Son partlayışlardan ən qanlısı Bağdadın 60 kilometrliyindəki Müsəyyəb qəsəbəsində törədilib və 6 hərbçinin həyatına son qoyub.

İraq hökumət qoşunkları hazırda Fəluca şəhərinin geri alınmasına çalışırlar.

Şəhər əl-Qaedaya bağlı İraqın və Şamın İslam Dövləti təşkilatına aid silahlıların nəzarətindədir.
XS
SM
MD
LG