Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:00

Şəhər meri korrupsiyada təqsirkar bilindi


Ray Nagin
-

Amerikada andlılar New Orleans şəhərinin sabiq meri Ray Nagin-i korrupsiyada təqsirkar bilib. Məhkəmənin nə hökm çıxaracağı isə hələ bəlli deyil.

2005-ci ildə Katrina qasırğasının dağıtdığı şəhərin meri olmuş, ümumilikdə bu vəzifədə 8 il çalışmış Nagin özəl şirkətlərə milyonlarla dollar məbləğində kontraktlar verib əvəzində rüşvət almaqda, pulsuz səfər və başqa hədiyyələr qəbul etməkdə günahkar bilinib.

57 yaşlı demokrata qarşı irəli sürülmüş maddələrin çoxu 20 ilə qədər cəza nəzərdə tutur.

Nagin həm də Katrina qasırğasından sonra emosional çıxış edib hamını New Orleans-a yardım göndərməyə çağırması ilə yadda qalıb.
XS
SM
MD
LG