Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

Ukraynada hakim öldürülüb


-
Ukraynada Poltava vilayətinin Kremençuq şəhərində hakim Aleksandr Lobadenco öldürülüb.

Naməlum şəxslər ona dünən axşam hücum edib. O, aldığı güllə yarasından gecə xəstəxanada vəfat edib.

Hüquq-mühafizə orqanlarının məlumatında deyilir ki, 34 yaşlı hakim etiraz aksiyaları zamanı saxlanan bir neçə şəxs haqqında həbs qərarı çıxarıb.

İstintaq hakimin ölümündə bir neçə versiyanı, o cümlədən onun peşəkar fəaliyyətini də nəzərdən keçirir.
XS
SM
MD
LG