Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:29

Bakıda «Yunus Emre: aşkın sesi» filminin təqdimatı olacaq


«Yunus Emre: aşkın sesi»
«Yunus Emre: aşkın sesi»
-
Fevralın 13-də Nizami Kino Mərkəzində Türkiyədə çəkilən «Yunus Emre: aşkın sesi» filminin qala-gecəsi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin «Nizami» Kino Mərkəzinə istinadən yaydığı xəbərə görə, filmin çəkilişi Yunus Emrenin məmləkəti olan Əskişəhərin -- ötən il türk dünyasının mədəniyyət paytaxtının «Qalıcı əsərlər» layihəsi çərçivəsində gerçəkləşdirilib.

Xəbərdə vurğulanır ki, ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkirlərindən sayılan, humanizm carçısı, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus Emrenin həyatından bəhs edir.

Üç ilə çəkilən film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir.

Filmin rejissoru Kürşat Kızbazdır.

Kürşat Kızbaz 2008-ci ildə «Mevlana Celaleddin-i Rumi: Aşkın dansı» filminin də müəllifidir.

Yunus Emre obrazını əvvəllər tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb.

Filmdə, eləcə də, Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin çəkiliblər.

Film Türkiyədə yanvarın 10-dan göstərilməyə başlayıb.

Qala-gecədə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrim Evin, Altan Gördüm, Türkiyənin Azərbaycandakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG