Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:17

Lavrov təhlükəsialik şurasının Suriya iləbağlı qəbul etdiyi qətnaməni tənqid edib


Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov BMT-nin təhlüksialik şurasının Suriyaya hümanitar yardımla bağlı qəbul etdiyi qətnamə layihəsinin tamamilə birtərəfli və reallıqdan uzaq olduğunu deyir.

O çərşənbə axşamı Moskvada çıxış edərkən deyib ki, sənəd Suriya hökumətinə qarşı ultimatum xarakteri daşıyır, sanksiyalarla hədələyir və bütün günah hökumətin üzərinə atılır.

Lavrov hesab edir ki, hümanitar yardımların çatdırılmasında ortaya çıxan əsas əngəllərə görə yaraqlılar cavabdehlik daşıyır və qətnamə layihəsində Suriyata terrorçuluqla mübarizənin vacibliyinə xüsusi diqqət yetirilməlidir.

Avstraliya, Niderland və Lüksemburqun hazırladıqları sənəddə Suriyada münaqişə tərəfləri, xüsusilə də hakimiyyətdən dinc sakinlərə hümanitar yardım çatdırılması üçün 2 həftə ərzində Homs şəhərinin mühasirəsinə son qoyulması tələb olunur.

Fevralın 7-də şəhərdə barışıqla bağlı əldə edilmiş razılaşma çərşənbə gününədək uzadılıb.

Cenevrədə isə Suriyanın hökumət və müxalifət nümayəndələri ilə sülh danışıqlarının ikinci mərhələsi davam edir.
XS
SM
MD
LG