Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:48

ARDNŞ-də ixtisarlar davam edir


-
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) işçilərin ixtisarı davam edəcək.

apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib:

«Çünki şirkət işini müasir standartlarla həyata keçirir. Şirkət müəssisələrini bu standartlara uyğun olaraq qurduqca, müəyyən işçilərin ixtisara düşməsi baş verir».

R.Abdullayev əlavə edib ki, ixtisar olunan işçilərlə bağlı Dövlət Neft Şirkətində böyük proqram həyata keçirilir:

«Bu proqrama əsasən, ixtisara düşmüş işçilər bir il müddətində yeni peşə hazırlığı keçirlər. Proqram onların yeni işə imtahan verib, yeni peşə seçərək Dövlət Neft Şirkətinə yenidən qayıtmasını nəzərdə tutur. Bir sözlə, bu proqram sayəsində onların imkanları böyüyür».
XS
SM
MD
LG