Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56

ABŞ Konqresinin Nümayəndələr palatası Ukrayna ilə bağlı qətnamə qəbul edib


ABŞ Konqresinin nümayəndələr palatası əksəriyyət səslə Ukrayna xalqının demokratik və Avropaya yaxınlaşmaq cəhdlərini dəstəkləyən qətnamə qəbul edib.Qətnamə həmçinin Ukrayna hakimiyyətini ölkənin demokratik gələcəyini dəstəkləyən etirazçıların hüquqlarına hörmətlə yanaşmağa çağırır.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüssel görüşündə qapıların Ukraynaya hələ də açıq olduğunu bəyan ediblər. Xarici işlər nazirləri həmçinin Avropa Birliyinin Ukraynata maliyyə yardımı təklif etməyə hazır olduğunu bəyan ediblər.

Amma Avropa Şurasının insan haqları üzrə komisarı Nils Muiznieks bildirib ki, nümayişçilərə qarşı həddən artıq güc tətbiq edənlər mısuliyyətə cəlb olunmalıdır.
XS
SM
MD
LG