Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Britaniya: uşaq olan maşında siqaret çəkmək qadağan edilir


Birləşmiş Krallığın hökuməti İngiltərə ərazisində içində uşaq olan maşınlarda siqaret çəkilməsini qadağan edəcək.

Britaniya parlamentində Uşaq və Ailə haqqında qanuna əlavə edilmiş bu müddəa böyük səs çoxluğu ilə qəbul edilib.

Parlament səsverməsindən sonra qanunun qüvvəyə minməsi hökumətdən asılı olacaq.

Yeni qanun layihəsinə görə sərnişinləri arasında uşaqlar olan avtomobillərdə siqaret çəkilməsi cinayət məsuliyyəti tələb edəcək.
XS
SM
MD
LG